32-ci Beynəlxalq Xarəzm Mükafatı elan edilir 04.09.2018    10:23

İran İslam Respublikası Elm, Tədqiqat və Texnologiya Nazirliyinin İran Elm və Texnologiya Təşkilatı 32-ci Beynəlxalq Xarəzm Mükafatını (BXM) (Khwarizmi International Award) elan edir.

Hər il mütəmadi olaraq təşkil edilən müsabiqənin əsas məqsədi elm və texnologiyanın müxtəlif sahələri üzrə mühüm nəticələr əldə etmiş tədqiqatçı və ixtiraçıların səylərinin qiymətləndirilməsidir.

BXM informasiya texnologiyaları, elektronika və kompüter elmləri, yaşıl texnologiyalar, sənaye və texnologiya idarəçiliyi, tibb elmləri və nanotexnologiyalar, biotexnologiyalar, kimya texnologiyaları və s. elm sahələrini əhatə edir.

Müsabiqə artıq 31 ildir ki, “COMSATS”, “ECO”, “ELSEVIER”, “ICARDA”, “IORARCSTT”, “TWAS”, “UNIDO”, “UNESCO”, “WAITRO”, “WIPO” kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir.

Mükafat üçün namizədlər çalışdıqları elmi müəssisə tərəfindən təqdim edilə bilər. Müraciətlər ingilis dilində təqdim edilməlidir.

Mühüm tarixlər

Materialların qəbulu üçün son tarix: 20 noyabr, 2018

BXM laureatlarının elan olunma tarixi: dekabr, 2018

Rəsmi mükafatlandırma mərasimi: fevral, 2019

Əlavə məlumatı www.irost.org  saytından əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti