“Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı” keçiriləcək 11.07.2018    10:07

17-18 oktyabr 2018-ci il tarixlərdə Moldovanın paytaxtı Kişinyovda “III Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı” (EaPEC 2018) keçiriləcək. Tədbirdə tədqiqatçılar, şəbəkə, mədəni irs və hesablama üzrə mütəxəssislər iştirak edə bilər.

EAPEC 2018-in sessiya iclasları rəqəmsal kitabxanalar, rəqəmsal irs, açıq elm üçün elektron infrastruktur və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən tədqiqatlara həsr olunacaq.

Tədbir çərçivəsində kibertəhlükəsizlik, bulud və infrastruktur xidməti (IaaS), eləcə də milli tədqiqat və təhsil şəbəkələri tərəfindən göstərilən xidmətlər üzrə seminarlar keçiriləcək. Konfransda, həmçinin bu sahədə tanınmış mütəxəssislərin məruzələri dinləniləcək, “Tədqiqatını işıqlandır” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim ediləcək.

Konfrans EaPConnect layihəsi çərçivəsində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova və Ukrayna və s.) tədqiqat və təhsil cəmiyyətləri arasında əlaqə yaradılması məqsədi daşıyır.

Konfransda iştirak etmək üçün buradan qeydiyyatdan keçə bilərsiniz.

Əlavə məlumatı eapconnect.eu saytı vasitəsilə əldə etmək olar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti