Rusiyada “Mobile VAS & Applications” Beynəlxalq konfransı keçiriləcək 30.09.2013    10:41

21-22 noyabr tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində “Mobile VAS & Applications” beynəlxalq konfransı və “Mobile Trends” Forumu keçiriləcək. 

Qeyd edək ki, hər il konfransda dünyanın 20 ölkəsindən 500-dən çox İKT mütəxəssisi - mobil sənayenin aparıcı mütəxəssisləri, ekspert və analitikləri, uğurlu startap təşkilatçıları, mobil, investisiya və telekommunikasiya şirkətlərinin nümayəndələri, məşhur mobil əlavələrin (proqramların) istehsalçıları iştirak edir. 

Onuncu yubiley konfransında mobil sahənin əsas problemləri ətrafında müzakirələr aparılacaq. Mobil paylanma və mobil reklam problemləri, mobil oyunlar və rəqəmsal məzmun bazarında son tendensiyalar, mobil əlavələr (proqramlar) və dünyada onların pula çevrilməsi modelləri müzakirə edilən əsas mövzulardan olacaq. 

Bununla yanaşı, konfrans çərçivəsində mobil layihələrin sərgisi də keçiriləcək. Tədbir istehsalçılara naşir və investorlarla ünsiyyət qurmağa, yeni partnyorlarla əlaqələr yaratmağa, peşəkarlardan məsləhətlər almağa və layihələrə investisiya cəlb etməyə imkan verəcək. 

vasforum.ru saytının məlumatına görə, bu il ilk dəfə olaraq konfrans çərçivəsində “Mobile Trends” Forumu da keçiriləcək. Forumun proqramında mobil sənayenin inkişafını müəyyən edən aktual tendensiyalar öz əksini tapıb. Tədbirin iştirakçıları vençur investisiyalar və startapların dəstəyi məsələlərini, NFC-ödənişlər sahəsində praktik keyslər və ən yeni işləmələr, yeni mobil interfeysr və qurğular ətrafında müzakirələr aparacaq. 

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycandan da bu tədbirlərə böyük maraq var. Ölkənin gənc və uğurlu startapçıları sözügedən konfrans və foruma qatılacaqlarını və ölkəmizi layiqincə təmsil edəcəklərini qeyd ediblər.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti