Avqustun 31-dən sentyabrın 5-dək Almaniyanın paytaxtı Berlində “IFA 2018” – Beynəlxalq istehlak elektronikası sərgisi keçiriləcək.
expoclub.ru beynəlxalq sərgi portalının məlumatına görə, Berlin ExpoCenter City Sərgi Mərkəzində keçiriləcək tədbir istehlakçılar üçün elektronika, məişət texnikası, kompüterlər, telekommunikasiya, kompüter oyunları, multimedia texnologiyaları, İnternet kimi istiqamətləri əhatə edəcək.
Qeyd edək ki, 1924-cü ildən etibarən hər il keçirilən “IFA” istehlak elektronikası sahəsində dünyada aparıcı innovasiyalar sərgisi hesab olunur. 2017-ci ildə sərginin 1800 iştirakçısı və 253000-dən çox ziyarətçisi olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.