İnformasiya təhlükəsizliyi üzrə beynəlxalq sərgi keçiriləcək 19.04.2018    12:39

5-7 iyun 2018-ci il tarixlərdə Böyük Britaniyanın paytaxtı Londonda informasiya təhlükəsizliyi üzrə beynəlxalq sərgi – “Infosecurity Europe 2018” keçiriləcək.

Avropanın informasiya təhlükəsizliyi sahəsində ən böyük sərgilərindən olan “Infosecurity Europe” hər il mütəxəssisləri bir araya gətirir. Tədbirdə ən yeni məhsullar, xidmətlər və maarifləndirici proqramlar təqdim edilir. Sərgi iştirakçılara biznes əlaqələrini genişləndirmək, mövcud əlaqələri gücləndirmək və müştərilərlə bilavasitə ünsiyyətdə olmaq imkanı verir. Burada informasiya təhlükəsizliyinin strateji tendensiyaları və aktual problemləri müəyyənləşdirilir.

expoclub.ru saytının məlumatına görə, verilənlərin emalı və saxlanması təhlükəsizliyi, veb-təhlükəsizlik, şəbəkə proqramları, idarəetmə, antivirus müdafiəsi, proqram və aparat təminatı sərginin əsas istiqamətləridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti