Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə müsabiqə elan olunur 10.04.2018    10:00

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 8 sentyabr 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə aktual və müasir elmi problemlərin həlli istiqamətində elmi tədqiqatlar aparan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq vә onlara әlavә yaradıcılıq imkanları yaratmaq məqsədilə müsabiqə elan olunur.

Qaliblərin mükafatlandırılması onların hər birinə müvafiq diplom verilməklə aşağıdakı qaydada aparılacaq:

I yer – 3000 manat;

II yer – 2000 manat;

III yer – 1500 manat.

Müsabiqədə namizədliyi AMEA-nın həqiqi və müxbir üzvləri və ya AMEA-nın elmi müəssisələrinin elmi şuraları tərəfindən irəli sürülən, yaşı 30-dək olan akademiyanın gənc alimləri iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən gənc alimlər aşağıdakı sənədləri 2018-ci il aprelin 20-dək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim etməlidirlər:

- AMEA prezidentinin adına ərizə;

- müsabiqədə iştirak üçün namizədliyi irəli sürülmə barədə AMEA üzvlərinin təqdimatı və ya AMEA-nın elmi müəssisələrinin elmi şurasının təqdimatı;

- əldə etdikləri nailiyyətlər haqqında məlumat (1 səhifədən artıq olmamaq şərti ilə);

- elmi əsərlərinin təsdiq olunmuş formada siyahısı;

- elmi tədbirlərdə, müsabiqələrdə və s. iştirakla bağlı sənədlərin surətləri;

- şəxsi məlumatlar (forma əlavə olunur);

- diplomların surəti;

- şəxsiyyət vəsiqəsinin surəti.

Müsabiqə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının maliyyə dəstəyi ilə keçirilir.

Ünvan: Bakı ş., H.Cavid pr., 115, AMEA-nın Əsas binası, ETİ-nin Doktorantura şöbəsi, otaq 141. 

Tel.: (+994 12) 539 30 60; (+994 12) 497 21 28.

E-mail: eti@science.az, mamedsamira@yandex.ru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti