“Gələcək Texnologiyalar Konfransı” keçiriləcək 04.04.2018    11:00

13-14 noyabr 2018-ci il tarixlərdə Kanadanın Vankuver şəhərində “Gələcək Texnologiyalar Konfransı” (Future Technologies Conference – FTC 2018) keçiriləcək.

Konfransda 50-dən çox ölkənin aparıcı universitetləri, tədqiqat şirkətləri, dövlət qurumlarından texnoloqlar, tədqiqatçı və alimlər texnologiya və hesablama sahələrində qabaqcıl araşdırmaları təqdim edəcəklər.

FTC 2018 texnologiya trendləri, elektronika, intellektual sistemlər, kommunikasiya, təhlükəsizlik, e-biznes, e-tədris və digər istiqamətləri əhatə edəcək.

Məqalələr 15 aprel 2018-ci il tarixinədək qəbul edilir.

Qeyd edək ki, konfrans “IEEE”, “Microsoft” şirkəti və “IBM Research” tədqiqat təşkilatının dəstəyi ilə baş tutacaq. Konfransa qəbul olunmuş məqalələr “Springer” nəşriyyatının “Advances in Intelligent Systems and Computing” seriyasında dərc olunacaq və indeksləşmə üçün “ISI Proceedings”, “EI-Compendex”, “DBLP, SCOPUS”, “Google Scholar” və “Springerlink”ə təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

"ELM VƏ İNNOVASİYA" VERİLİŞİ
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR