“EaPConnect” layihəsinin “Tədqiqatını işıqlandır” müsabiqəsi keçirilir 22.02.2018    15:59

“EaPConnect” layihəsi elmi tədqiqatçılara beynəlxalq miqyaslı elm və təhsil  şəbəkələrindən faydalanmaq imkanı verir.

Azərbaycan alimləri beynəlxalq müsabiqəyə dəvət olunur. AMEA İnformasiya Texnologiyaları İnstitutunun iştirakı ilə “EaPConnect layihəsi çərçivəsində “Tədqiqatını işıqlandır” (“Enligthen Your Research”) adlı müsabiqə keçirilir.

Müsabiqəyə yüksəksürətli İnternet şəbəkəsinə çıxış, hesablama və yaddaş resursları tələb edən elmi-tədqiqat işləri qəbul olunur. Tədqiqatçılar bu müsabiqəyə qoşulmaqla Bulud resurslarından və qabaqcıl şəbəkə texnologiyalarından ödənişsiz şəkildə yararlana biləcək. Elmin bütün sahələrinə açıq olan müsabiqənin qaliblərinə tədqiqat prosesində yaranan hesablama resursları, yaddaş, şəbəkə texnologiyaları ilə bağlı dəstək veriləcək.

Qalib gələn tədqiqatçılar 1 il müddətində yüksəksürətli İnternet şəbəkəsi, hesablama və yaddaş resurslarından istifadə etmək hüququ qazanacaq. Həmçinin qalib layihələr Moldovanın paytaxtı Kişinyov şəhərində “EaPConnect”in təşkilatçılığı ilə keçiriləcək “Şərq Tərəfdaşlığı E-İnfrastruktur Konfransı”nda (EAPEC 2018) iştirak edəcək və mükafatlandırılacaq.

Onlayn müraciət forması

Mühüm tarixlər:

Müraciət üçün son tarix – 16 mart 2018-ci il

Müsabiqənin ilkin mərhələsinin bildirişlərinin e-mail vasitəsilə göndərilməsi –   4 may 2018-ci il

Konsultasiya mərhələsi –  may-iyun 2018-ci il

Layihənin təqdim oluması üçün son tarix –  3 İyul 2018-ci il

Qalib layihələrin elan olunması ­– 1 avqust 2018-ci il

EAPEC2017 konfransında mükafatlandırma mərasimi –  Kişinyov, Moldova

Layihənin işinə başlanılması – dekabr 2018 - dekabr 2019-cu il

Əlaqə: iro@iit.science.az

“EaPConnect” layihəsi ilə bağlı əlavə məlumat: www.eapconnect.eu

15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR