“Elektrik mühəndisliyinin texniki və fiziki problemləri” üzrə XIV beynəlxalq konfrans keçiriləcək 06.02.2018    14:55

15-17 oktyabr 2018-ci il tarixlərində Naxçıvan Dövlət Universitetində “Elektrik mühəndisliyinin texniki və fiziki problemləri” üzrə XIV beynəlxalq konfrans keçiriləcək. Tədbir elektrik mühəndisliyi və enerji sistemləri sahəsində fəaliyyət göstərən alim və tədqiqatçılar arasında əməkdaşlıq qurmaq, fikir və təcrübə mübadiləsi aparmaq məqsədi daşıyır.

Konfransda mühəndislik və enerji sistemləri, kompüter və informasiya texnologiyaları, biotibbi mühəndislik, təhsil və tədris metodları, elektronika və digər istiqamətlərdə müzakirələr aparılacaq.

Qeyd edək ki, seçilmiş məqalələr International Journal on “Technical and Physical Problems of Engineering” (IJTPE) və “Journal of Electrical Engineering, Electronics, Control and Computers Science” (JEEECCS) jurnallarında nəşr olunacaq.

Mühüm tarixlər:

Məqalələrin qəbulu üçün son tarix: 1 iyun 2018-ci il

Qeydiyyatdan keçmək üçün son tarix: 1 iyul 2018-ci il

Daha ətraflı məlumatı www.iotpe.com saytından əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

17 May – Ümumdünya Telekommunİkasİya və İnformasİya Cəmİyyətİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR