E-cəmiyyət üzrə XVI beynəlxalq konfrans keçiriləcək 15.01.2018    16:00

14-16 aprel 2018-ci il tarixlərdə Portuqaliyanın paytaxtı Lissabon şəhərində E-cəmiyyət üzrə XVI beynəlxalq konfrans keçiriləcək. Tədbir informasiya cəmiyyətində (İC) narahatlıq doğuran əsas problemlərin həllinə dəstək məqsədi daşıyır və İC-nin texniki aspektləri ilə yanaşı, digər aspektlərini də əhatə edir.

Tədbirdə e-dövlət, e-biznes, texnologiya və cəmiyyət, e-təlim, yeni media və e-cəmiyyət, e-səhiyyə, informasiya sistemləri, informasiyanın menecmenti istiqamətlərində müzakirələr aparılacaq.

Qeyd edək ki, konfransın materialları “Elsevier”, “Scopus”, “Web of Science”, “EBSCO” və s. nüfuzlu beynəlxalq bazalarda indeksləşəcək. Seçilmiş məqalələr isə “Interactive Technology and Smart Education (ITSE) journal” və “IADIS International Journal on Www/Internet”də nəşr olunacaq.  

Mühüm tarixlər:

Məqalələrin qəbulu üçün son tarix: 9 fevral 2018-ci il

Qeydiyyatdan keçmək üçün son tarix: 29 yanvar 2018-ci il

Daha ətraflı məlumatı www.esociety-conf.org saytından əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

13 SENTYABR – BEYNƏLXALQ PROQRAMÇILAR GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR