2018-ci il fevralın 14-dən 16-dək Yaponiyanın paytaxtı Tokioda Nanotexnologiyalar üzrə beynəlxalq sərgi-konfrans keçiriləcək.
expoclub.ru saytının məlumatına görə, sərgi 2002-ci ildən “Nano Bio Expo”, “Neo functional material”, “ASTEC” kimi tematik sərgilərlə birgə keçirilir. 2017-ci ildə tədbiri 53 mindən çox mütəxəssis ziyarət edib. Sərgidə 23 ölkədən 476 şirkət iştirak edib.
“Nano Tech 2018”də nanotexnologiyalar, informasiya texnologiyaları, ixtira və innovasiyalar, tibbi avadanlıqlar, kosmik texnologiyalar və s. təqdim ediləcək. Həmçinin müvafiq sahələr üzrə aparılmış elmi araşdırmaların nəticələri müzakirə olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.