Süni intellekt texnologiyalarından istifadə üzrə beynəlxalq konfrans keçiriləcək 24.10.2017    10:07

1-30 aprel 2018-ci il tarixlərində Rusiyanın paytaxtı Moskvada Süni intellekt (Artificial Intelligence AI) texnologiyalarından istifadə üzrə beynəlxalq konfrans “AI Conference 2018” keçiriləcək.

expoclub.ru saytının məlumatına görə, tədbirin keçirilməsində məqsəd biznes nümayəndələrini (sahibkarlar, istehsalçılar, marketoloqlar, veb-istehsalçılar, top-menecerlər və startap yaradıcıları) bir-biri ilə tanış etmək, həmçinin müxtəlif fəaliyyət sahələrində işin effektivliyini yüksəltməyə imkan verən süni intellektdən istifadənin son texnoloji alətlərini nümayiş etdirməkdir.

Böyük həcmli məlumatlarla iş, müştərinin tələb və davranışlarının proqnozlaşdırılması, xidmətin keyfiyyətinin artırılması, kritik vəziyyətlərdə həllərin hazırlanması, müəssisəyə nəzarət konfransın əsas mövzularını əhatə edir.

Tədbirin mühüm hissəsi olacaq sərgi zonasında şirkətlər süni intellekt əsasında yaradılmış ən yeni məhsullarını təqdim edəcəklər. Bundan başqa, ekspozonada bir sıra maraqlı tədbirlər təşkil olunacaq: “Startap döyüşü”ndə ən perspektivli startaplar öz məhsullarının maliyyələşdirilməsi hüququnu əldə etmək üçün yarışacaqlar. İnvestisiya panelində süni intellektin inkişafının maliyyələşdirilməsinə dair mühüm məsələlər müzakirə olunacaq. Həmçinin təcrübəli süni intellekt mütəxəssisləri eksklüziv master-klaslar keçəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti