Ümumdünya İKT forumu keçiriləcək 28.08.2017    15:00

25-28 sentyabr 2017-ci il tarixlərində Koreyanın Busan şəhərində “ITU Telecom World 2017” – Ümundünya İKT forumu keçiriləcək.

“ITU Telecom World” qlobal İKT cəmiyyəti üçün mühüm hadisə və unikal tədbirdir. Burada dünyanın informasiya-kommunikasiya texnologiyalarının gələcəyi müzakirə olunur. BMT-nin İKT məsələləri üzrə ixtisaslaşdırılmış müəssisəsi olan Beynəlxalq Telekommunikasiya İttifaqı (International Telecommunication Union - ITU) tərəfindən təşkil edilən Ümumdünya İKT forumu müxtəlif ölkələrin dövlət və özəl sektorlarının yüksəkvəzifəli nümayəndələrindən ibarət olan auditoriyanı bir araya toplayır.

telecomworld.itu.int saytının məlumatına görə, “ITU Telecom”un proqramına “ağıllı” şəhərlər, 5G, Əşyaların İnterneti, süni intellekt və digər sahələrə aid ən yeni texnologiyaların təqdim olunacağı sərgi də daxildir. Tədbirin əsas hissəsi olan forumda isə, rəqəmsal iqtisadiyyatın sonrakı inkişafına səbəb olan texnologiyalar, siyasət və strategiyalara həsr edilmiş yüksək səviyyəli müzakirələr aparılacaq.

Tədbirin ən əhəmiyyətli hissələrindən biri də “ITU Telecom”un mükafatlarının təqdimatı olacaq. Bu mükafatlar İKT-də innovasiyaların və mühüm nailiyyətlərin tanınmasını bildirən simvol kimi təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti