İKT-nin tətbiqi üzrə XI Beynəlxalq konfrans – “AICT 2017” keçiriləcək 21.08.2017    12:00

Müxtəlif illərdə keçirilmiş “AICT” beynəlxalq konfransları dünyanın 50-dən çox ölkəsi, o cümlədən Avstraliya, Azərbaycan, Əlcəzair, Banqladeş, Belarus, Çin, Finlandiya, Gürcüstan, Almaniya, Yunanıstan, Hindistan, İran, İtaliya, Yaponiya, Qazaxıstan, Koreya, Latviya, Malayziya, Pakistan, Filippin, Portuqaliya, Rumıniya, Rusiya, Slovakiya, Sudan, İspaniya, İsveç, Tayland, Türkiyə, Ukrayna, Britaniya, ABŞ, Özbəkistan daxil olmaqla, yüzlərlə tədqiqatçının diqqətini cəlb edib.

konferencii.ru saytının məlumatına görə, cari ildə İKT-nin tətbiqi üzrə XI Beynəlxalq konfrans – “AICT 2017” 20-22 sentyabr tarixlərində Moskva (Rusiya) şəhərində keçiriləcək.

Konfrans Rusiya Elmlər Akademiyası (REA) V.A. Trapeznikov adına İdarəetmə Problemləri İnstitutu, ADA Universiteti, Moskva Fiziki-texniki İnstitutu, “Moskva Enerji İnstitutu”nun Milli Tədqiqat Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti, Moskva Aviasiya İnstitutu, Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universiteti, REA Neft və Qaz Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək. Tədbir, həmçinin IEEE-nin Rusiya və Azərbaycan bölmələrinin dəstəyi, eləcə də, 130 illik tarixə malik, dünyada ən böyük peşəkar mühəndislik assosiasiyası olan Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun – IEEE (ABŞ) sponsorluğu ilə təşkil olunacaq.

“AICT 2017” konfransının seksiyaları:

- Big Data-dan istifadə və onun idarə olunması

- Məlumatların əldə olunması (Data Mining) və informasiya mühəndisliyi

- Kiber-təhlükəsizlik problemləri

- İKT proqramlarında ən yeni tendensiyalar

- Kommunikasiyalar, şəbəkə və avadanlıqlar

- Tədqiqat, təhsil, humanitar və sosial elmlərdə İKT

- Biznes, idarəetmə və iqtisadiyyatda İKT

- Dövlət idarəçiliyində İKT

- Tibb və səhiyyədə İKT

- Yanacaq-enerji sənayesində İKT

Qeyd edək ki, konfransın materialları “Scopus” və “Web of Science” beynəlxalq elmi bazalarına daxil olunacaq. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti