“Əşyaların İnterneti 2017” Beynəlxalq konfransı keçiriləcək 09.08.2017    11:09

Əşyaların İnterneti müasir texnologiyalar aləmində sürətlə populyarlıq qazanır. Belə ki, “Gartner” şirkətinin tədqiqatına əsasən, dünyada 2017-ci ilin sonunadək 8,4 milyard “ağıllı” qurğu olacaq. Bu, 2016-cı il ilə müqayisədə 31 faiz çoxdur. 2020-ci ildə bu rəqəm 20,4 milyarda qədər yüksələcək. Mütəxəssislər müntəzəm olaraq, Əşyaların İnternetinin işini daha səmərəli təşkil etmək haqqında müzakirələr aparır.

31 oktyabr-1 noyabr tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində “Əşyaların İnterneti” mövzusunda konfrans keçiriləcək. Konfrans “Google”, “Cisco”, “Huawei”, “Tibbo”, “Rightech” kimi tanınmış şirkətlərin mütəxəssislərinin məruzələrlə çıxış etdiyi əhəmiyyətli tədbirlərdəndir.

expoclub.ru beynəlxalq sərgi portalının məlumatına görə, “Sokolniki” Sərgi və Konqres Mərkəzində keçiriləcək konfrans 2 tematik bloka bölünür. Birinci blok aparat təminatının müzakirəsinə həsr ediləcək. Burada spikerlər mövcud texnoloji həllərin üstünlükləri və çatışmazlıqlarını təhlil edəcək, onların səmərəli istifadəsi üçün lazımi məlumatlar verəcəklər. İkinci tematik blokda “Industrial IoT” və “LifeStyle IoT” seqmentlərinin yenilikləri ilə bağlı fikir mübadiləsi aparılacaq. Konfransda “ağıllı” avtomobil, “ağıllı” şəhər, “ağıllı” fabrik və s. texnologiyalarının tətbiqi məsələləri müzakirə olunacaq.

Proqramda həmçinin sərgi, master-klas və startapların yarışı yer alır. Sərgidə 30-dan çox şirkət öz yeniliklərini təqdim edəcək, ziyarətçilər ən müxtəlif “ağıllı” texnologiya nümunələrini görəcək, onların iş prinsipi ilə əyani tanış ola biləcəklər. Sonra xarici ekspertlər Əşyaların İnternetinin aktual mövzuları üzrə master-klas keçirəcəklər, həmçinin daşına bilən Əşyaların İnterneti laboratoriyası əsasında əyləncəli sınaqlar təşkil edəcəklər. Startapların yarışında isə gənc istehsalçılar müvafiq sahədə özlərini ifadə etmək imkanı əldə edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti