Sentyabrın 1-dən 6-dək Almaniyanın paytaxtı Berlində IFA 2017 – Beynəlxalq istehlak elektronikası sərgisi keçiriləcək.
expoclub.ru beynəlxalq sərgi portalının məlumatına görə, Berlin ExpoCenter City Sərgi Mərkəzində keçiriləcək tədbir istehlakçılar üçün elektronika, məişət texnikası, kompüterlər, telekommunikasiya, kompüter oyunları, multimedia texnologiyaları, İnternet kimi istiqamətləri əhatə edəcək.
Qeyd edək ki, 1924-cü ildən etibarən hər il keçirilən IFA istehlak elektronikası sahəsində dünyada aparıcı innovasiyalar sərgisi hesab olunur. 2016-cı ildə sərginin 1823 iştirakçısı və 240 000-dən çox ziyarətçisi olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.