“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” keçiriləcək 19.12.2016    13:00

AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, AR Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika Olimpiadası” keçiriləcək.  

Yarışda iştirak etmək üçün hər bir ali təhsil müəssisəsindən maksimum 4 komanda qeydiyyatdan keçə bilər. Ali təhsil müəssisələrinin ən yaxşı nəticə göstərən yalnız 1 komandası olimpiadanın final mərhələsinə vəsiqə qazanacaq. Hər komanda 1 nəfər rəhbərdən (müəllim) və 3 nəfər iştirakçıdan (tələbə) təşkil olunmalıdır.

İlk mərhələ 29 aprel 2017-ci il tarixində saat 10:00-da Bakı Mühəndislik Universitetində keçiriləcək. Növbəti (final) mərhələnin isə 6 may 2017-ci il tarixində İnformasiya Texnologiyaları İnstitutunda keçirilməsi planlaşdırılır.

Olimpiadada iştirak etmək üçün 21 aprel 2017-ci il tarixinədək qeydiyyatdan keçmək zəruridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti