“İKT, cəmiyyət və insanlar” mövzusunda X beynəlxalq konfrans keçiriləcək 13.03.2017    16:00

20-22 iyul 2017-ci il tarixlərdə Portuqaliyanın paytaxtı Lissabon şəhərində “Kompüter elmləri və informasiya sistemləri üzrə silsilə konfranslar (MCCSIS 2017)” çərçivəsində “İKT, cəmiyyət və insanlar” mövzusunda X beynəlxalq konfrans keçiriləcək.

İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Beynəlxalq Assosiasiya tərəfindən təşkil olunan konfransın əsas müzakirə mövzusu İKT-nin insanlara təsiri, eləcə də İKT, insanlar və cəmiyyət arasında qarşılıqlı əlaqənin analizidir.

Konfransa məqalələr ingilis dilində 7 aprel 2017-ci il tarixinədək qəbul olunur.

Qeyd edək ki, konfrans materialları “INSPEC”, “Elsevier”, “EI Compendex”, “Web of Science”, “Scopus”, “EBSCO” və digər mühüm inndeksləşmə xidmətlərinə təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

AzTV, "Elm və İnnovasiya" verilişi,
(47-ci buraxılış)
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR