12-16 noyabr 2017-ci il tarixlərdə Barselona şəhərində (İspaniya) “Əhatəli hesablamalar, tətbiqlər, xidmətlər və texnologiyalar” (“Ambient Computing, Applications, Services and Technologies”) mövzusunda VII beynəlxalq elmi konfrans keçiriləcək.
Tədbirdə əhatəli (ambient) hesablamalar, modelləşdirmə, qurğular, proqramlar, sistemlər, xidmətlər, texnologiyalar, platformalar, biznes modelləri və digər istiqamətlər üzrə müzakirələr aparılacaq.
Qeyd edək ki, konfransa məqalələr 25 iyun 2017-ci il tarixinədək qəbul edilir. Seçilmiş məqalələr IARIA jurnallarında dərc olunacaq.
Müraciət üçün qeydiyyat formasını buradan doldurmaq mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.