20-24 mart 2017-ci il tarixlərində Almaniyanın Hannover şəhərində informasiya texnologiyaları, telekommunikasiyalar, İT-həllər və xidmətlər üzrə dünyanın ən böyük sərgilərindən biri – “CeBIT 2017” keçiriləcək.
Sərgi 1986-cı ildən etibarən hər il keçirilir. 2015-ci ildə tədbirdə 120 ölkədən 221000 ziyarətçi iştirak edib.
“CeBIT 2017” 8 klasterə bölünəcək:
– müəssisə resurslarının planlaşdırılması və verilənlərin analizi,
– korporativ kontentin idarə edilməsi,
– veb və mobil həllər,
– İT-xidmətlər,
– təhlükəsizlik,
– kommunikasiyalar və şəbəkələr,
– verilənlərin emalı infrastrukturu və mərkəzləri,
– tədqiqatlar və innovasiyalar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.