30-cu Xarəzm Beynəlxalq Mükafatı elan edilir 25.10.2016    10:00

İran Elm və Texnologiya Tədqiqat Təşkilatı ilə Elm və Texnologiya Nazirliyi 30-cu Xarəzm Beynəlxalq Mükafatını (Khwarizmi International Award – KIA) elan edir.

Hər il mütəmadi olaraq təşkil edilən müsabiqənin əsas məqsədi dünyanın bütün ölkələrindən olan tədqiqatçı, ixtiraçı və novatorlar tərəfindən əldə olunan mühüm elmi nailiyyətlərin mükafatlandırılmasıdır.

Müsabiqə informasiya texnologiyaları, kompüter elmləri, mexatronika, sənaye və texnologiya idarəçiliyi, tibb elmləri, kənd təsərrüfatı, biotexnologiya, nanotexnologiyalar və s. elm sahələrini əhatə edir.

Təqdim olunacaq tədqiqat işləri tətbiqi və fundamental tədqiqat, ixtira və innovasiya kateqoriyaları üzrə müəyyən olunur.

Mükafatlandırma mərasimi 2017-ci ilin fevral ayında keçiriləcək.

Mühüm tarixlər

Materialların qəbulu üçün son tarix: 30 noyabr, 2016

KIA laureatlarının elan olunması tarixi: yanvar, 2017

Əlavə məlumatı www.khwarizmi.ir saytından əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti