19-23 fevral 2017-ci il tarixlərdə Afina şəhərində (Yunanıstan) “Business Intelligence and Technology” (BUSTECH 2017) mövzusunda VII Beynəlxalq elmi konfrans keçiriləcək.
Tədbirdə biznes və texnologiya sahəsində ən son yeniliklər, texnologiya yönümlü biznes həlləri, modelləşdirmə və simulyasiya, biznes infrastrukturu və alətləri, biznes və texnologiyanın inkişaf xüsusiyyətləri və digər istiqamətlər üzrə müzakirələr aparılacaq.
Qeyd edək ki, konfransa məqalələr 1 oktyabr 2016-cı il tarixinədək qəbul edilir. Seçilmiş məqalələr IARIA jurnallarında dərc olunacaq.
Müraciət üçün qeydiyyat formasını buradan doldurmaq mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.