“GITEX Technology Week 2016” sərgisi keçiriləcək 07.09.2016    11:13

16-20 oktyabr 2016-cı il tarixlərdə Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) “GITEX Technology Week 2016” – Fars körfəzi regionunun informasiya texnologiyalarının 36-cı beynəlxalq sərgisi keçiriləcək.

1981-ci ildən ardıcıl olaraq keçirilən GITEX informasiya-kommunikasiya texnologiyaları və elektronika sahəsində son nailiyyətlərin nümayiş olunduğu ən böyük və nüfuzlu sərgilərdəndir.

Sərgi çərçivəsində “GITEX Business Solutions”, “GULFCOMMS”, “GITEX Network and Security segment”, “GITEX e-Government”, “GITEX Mobile Apps World”, “The Consumer Electronics” kimi tədbirlər təşkil olunacaq.

GITEX sərgisinin tematik bölmələri:

• Proqram təminatı təchizatçıları

• Şəbəkələr üçün avadanlıq və proqramlar

• Rabitə xidmətləri təchizatçıları

• Sistem inteqratorları

• Banklar və maliyyə institutları

• İstehlak elektronikası

• İT nəşrlər

• Peyk yayımı və multimedia

• Simsiz və mobil texnologiyalar

Qeyd edək ki, sərgi çərçivəsində, həmçinin dairəvi masa, konfrans, brifinq və seminarlar keçiriləcək. Burada dünyanın müxtəlif ölkələrindən olan aparıcı mütəxəssislər tərəfindən informasiya texnologiyalarının gələcəyinə dair fikir mübadiləsi aparılacaq.

GITEX Texnologiya Həftəsi çərçivəsində keçiriləcək beynəlxalq konfransda kompüter və informasiya təhlükəsizliyi problemləri üzrə müxtəlif təşkilatlar arasında əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

expoclub.ru

17 MAY – ELMİ-PRAKTİKİ KONFRANS
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR