4-6 noyabr 2016-cı il tarixlərdə Almaniyanın Ştutqart şəhərinin Beynəlxalq konqres və sərgi mərkəzində “IT and Business / DMS Expo / CRM-expo 2016” VIII beynəlxalq sərgisi keçiriləcək.
3 tematik bölmədən ibarət olan sərgidə “İT və biznes” bölməsi üzrə biznes üçün həllər, “DMS Expo” bölməsi üzrə korporativ kontentin idarə olunması vasitələri, “CRM-expo” bölməsi üzrə isə korporativ informasiya texnologiyalarının bütün aspektlərini əhatə edən müştərilərlə münasibətlərin idarə olunması problemləri öz əksini tapacaq.
Qeyd edək ki, 2014-cü ildə keçirilən sərgidə “IBM”, “Microsoft”, “SAP” və digər iştirakçı şirkətlərin 377 stendi nümayiş olunmuşdur.