9-11 noyabr 2016-cı il tarixlərdə Bolqarıstanın Sofiya şəhərində “Texniki elmlər. Sənaye menecmenti” mövzusunda gənc alimlərin X Beynəlxalq elmi konfransı keçiriləcək.
Bolqarıstan Respublikası Maşınqayırma Elmi-texniki İttifaqı tərəfindən təşkil olunan konfransın əsas məqsədi ümumi maraq və problemlər ətrafında birləşmiş, dünyanın müxtəlif guşələrindən olan gənc tədqiqatçıları eyni coğrafi məkana toplamaqdır.
Qeyd edək ki, konfrans çərçivəsində Sofia şəhərinin tarixi və memarlıq abidələrinə ekskursiyalar təşkil olunacaq.
Ətraflı məlumatı youngconference.com saytından əldə etmək mümkündür.
Konfransda iştirak etmək üçün qeydiyyat forması
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.