Bakıda qabaqcıl 3D-çap və skan texnologiyalarına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək 27.04.2016    11:00

20 may 2016-cı il tarixdə Bakıda yerləşən “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelində qabaqcıl 3D-çap və skan texnologiyalarına həsr olunmuş “3D Print Conference” keçiriləcək.

Additiv texnologiyalar Azərbaycan iqtisadiyyatının inkişaf edən sahəsi kimi, XXI əsrin 3D-çap texnologiyaları, 3D-texnologiyalar vasitəsilə gəlir əldə etmək yolları, sənaye, təhsil, tibb və zərgərlik sahələrində istifadə olunan 3D-printerlər beynəlxalq konfransın əsas müzakirə mövzularındandır.

Konfrans spikerlərinin beynəlxalq komandasında Endryu Smit (Böyük Britaniya), Dmitri Pitetski (Rusiya), Furkan Bakir (Türkiyə), Fərhad Əmirbəyov, Fərid Zeynalov, Gülay Əliyeva, Şölə Eminbəyli (Azərbaycan) və digər mütəxəssislər yer alır.

“Smile-Expo” beynəlxalq sərgi şirkətinin təşkilatçılığı ilə keçirilən konfransda 3D-texnologiyalar üzrə aparıcı şirkətlərin nümayəndələri, 3D-printer istehsalçıları, alim və tədqiqatçılar, eləcə də rəssamlar, zərgərlər və dizaynerlərin iştirakı gözlənilir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti