Sentyabrın 2-dən 7-dək Almaniyanın paytaxtı Berlində “IFA 2016” – Beynəlxalq istehlak elektronikası sərgisi keçiriləcək.
expoclub.ru beynəlxalq sərgi portalının məlumatına görə, “IFA 2016” elektronika, məişət texnikası, kompüter və noutbuklar, telekommunikasiyalar, provayderlər, multimedia texnologiyaları kimi istiqamətləri əhatə edəcək.
Qeyd edək ki, 1924-cü ildən etibarən hər il keçirilən “IFA” istehlak elektronikası sahəsində dünyada aparıcı innovasiyalar sərgisi hesab olunur. 2015-ci ildə sərginin 1645 iştirakçısı və 245 000-dən çox ziyarətçisi olub.