İKT-nin tətbiqi üzrə 10-cu Beynəlxalq konfrans – “AICT 2016” Azərbaycanda keçiriləcək 14.09.2016    16:00

12-14 oktyabr 2016-cı il tarixlərdə Bakı şəhərində “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi – AICT 2016” IEEE 10-cu Beynəlxalq Konfransı keçiriləcək.

Konfrans təhsil, elm, idarəetmə, təhlükəsizlik, səhiyyə sistemi, dövlət strukturları, kommunikasiya və rabitə sahələrində İKT-nin tətbiqi üzrə araşdırmalar aparan elmi tadqiqatçıları bir araya gətirəcək.
 
Tədbirin əsas məqsədi ümumi maraq və problemlər ətrafında birləşmiş, dünyanın müxtəlif guşələrindən olan elmi tədqiqatçılar və mühəndisləri eyni coğrafi məkana toplamaqdır.
 
“AICT 2016” konfransına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə yanaşı, Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Texniki Universiteti, AMEA İnformasiya Texnologiyaları İnstitutu, AMEA İdarəetmə Sistemləri İnstitutu, IEEE Azərbaycan şöbəsi və Elektrotexnika və Elektronika Mühəndislər İnstitutu (ABŞ) texniki dəstək verir.
 
Beynəlxalq Konfransın 10 illik yubileyi münasibətilə “AICT 2016” çərçivəsində bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Konfransın əsas mövzuları aşağıdakılardır:

Böyük verilənlərin idarə edilməsi və tətbiqi

Verilənlərin Emalı və Verilənlər Mühəndisliyi

Kibertəhlükəsizlik problemləri

İKT tətbiqində müasir nailiyyətlər

Kommunikasiya, şəbəkə və avadanlıqlar

Biznes, idarəetmə və iqtisadiyyatda İKT

Dövlət xidmətlərində İKT

Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT

Tibb və səhiyyədə İKT

Ətraflı məlumatı konfransın veb-saytından əldə etmək mümkündür.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti