Yaponiyanın “Matsumae Belnəlxalq Fondu” 2017-ci il üçün 3-6 aylıq “Təqaüdlü Tədqiqat Proqramı” müsabiqəsini elan edir.
Proqramda iştirak üçün müraciət edən namizədlərin təbiət elmləri, mühəndislik və tibb sahələrində fəaliyyət göstərən şəxslər olmasına üstünlük veriləcək. Namizədlər üçün yaş həddi 49 yaş müəyyən olunub. Yaponiyada hər hansı bir müəssisə (araşdırma laboratoriyaları, milli tədqiqat institutları, müvafiq özəl sənaye obyektləri və.s) seçimi sərbəstdir.
İştirak ilə bağlı bütün xərclər fond tərəfindən ödənilir. Müraciət üçün son tarix 31 avqust 2016-cı il təyin edilmişdir.
Ətraflı məlumatı buradan əldə etmək olar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.