14-18 mart 2016-cı il tarixlərdə Almaniyanın Hannover şəhərində informasiya texnologiyaları, telekommunikasiyalar, İT-həllər və xidmətlər üzrə dünyanın ən böyük sərgilərindən biri – CeBIT 2016 keçiriləcək.
expoclub.ru saytının məlumatına görə, sərgi əvvəlki 4 əsas sektordan fərqli olaraq 8 klasterə bölünəcək:
– müəssisə resurslarının planlaşdırılması və verilənlərin analizi,
– korporativ kontentin idarə edilməsi,
– veb və mobil həllər,
– İT-xidmətlər,
– təhlükəsizlik,
– kommunikasiyalar və şəbəkələr,
– verilənlərin emalı infrastrukturu və mərkəzləri,
– tədqiqatlar və innovasiyalar.