2016-cı il yanvarın 27-dən 29-dək Yaponiyanın paytaxtı Tokioda “Nano Tech 2016” – nanotexnologiyalar üzrə beynəlxalq sərgi-konfransı keçiriləcək.
expoclub.ru saytının məlumatına görə, sərgi 2002-ci ildən “Nano Bio Expo”, “Neo functional material”, “ASTEC” kimi tematik sərgilərlə birgə keçirilir. 2015-ci ildə tədbiri dünyanın 14 ölkəsindən 47 mindən çox mütəxəssis ziyarət edib. Sərgidə 567 şirkət iştirak edib. 2016-cı ildə isə 600 şirkətin təmsil olunacağı gözlənilir.
“Nano Tech 2016”da nanotexnologiyalar, ixtira və innovasiyalar, elektronika, informasiya texnologiyaları, tibbi avadanlıqlar, kosmik texnologiyalar və s. təqdim ediləcək. Həmçinin bu sahələr üzrə aparılmış elmi araşdırmaların nəticələri müzakirə olunacaq.