İtaliyada “Sicurezza 2015” – təhlükəsizlik texnologiyaları, avadanlıqları və sistemləri beynəlxalq sərgisi keçiriləcək 15.10.2015    09:30

Noyabrın 3-dən 5-nə kimi Milanda (İtaliya) “Sicurezza 2015” – təhlükəsizlik texnologiyaları, avadanlıqları və sistemləri beynəlxalq sərgisi keçiriləcək. Avropanın aparıcı tədbirlərindən olan və təhlükəsizliyin təmini ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuş “Sicurezza”da terrorizm, qaçaqmalçılıq, cinayətkarlıq, şəxsi təhlükəsizlik kimi aktual məsələlərə cavablar axtarılır. Sərgidə təhlükəsizlik məsələlərindən əlavə əsas mövzulardan biri də “Əşyaların İnterneti” olacaq.

“Fiera Milano” Konqres-sərgi Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Sicurezza 2015” 1982-ci ildən keçirilir.

2 ildən  bir keçirilən sərgidə mühafizə avadanlıqları, sistemləri və vasitələri, yanğın təhlükəsizliyi, informasiyanın mühafizəsi, fərdi mühafizə qurğuları və vasitələri, oğurluq hallarının qarşısının alınması, bahalı əşya, sənəd və informasiyanın mühafizəsi, kommunal müəssisələrin təhlükəsizliyi və avtomatlaşdırılması, kibertəhlükəsizlik, yolların təhlükəsizliyi və s. kimi göstərilən xidmətlər və məhsullar nümayiş olunur. 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti