IFA 2015 – Beynəlxalq istehlak elektronikası sərgisi keçiriləcək 01.09.2015    15:40

Sentyabrın 4-dən 9-dək Almaniyanın paytaxtı Berlində IFA 2015 – Beynəlxalq istehlak elektronikası sərgisi keçiriləcək. Berlin ExpoCenter City Sərgi Mərkəzində keçiriləcək tədbirin təşkilatçısı Messe Berlin GmbH şirkəti və Almaniyanın Əyləncə və Kommunikasiya Elektronikası Assosiasiyasıdır.

1924-cü ildən keçirilən IFA istehlak elektronikası sahəsində dünyada aparıcı innovasiyalar sərgisi hesab olunur. IFA Avropa bazarında vəziyyət indikatoru rolunu oynayır.

IFA pavilyonlarında Philips, Samsung, Bosch, Miele, LG və Sony kimi nəhəng şirkətlərin flaqman məhsulları təqdim olunur. Hər il ənənəvi olaraq sərgi meydançasında əyləncə sistemləri, məişət texnikası və elektrik cihazları, multimedia, kommunikasiyalar, texnologiyalar sferası üzrə 1500 şirkət öz yüksək dərəcəli məhsullarını təqdim edir.  

EXPOCLUB beynəlxalq sərgi portalının məlumatına görə, IFA 2015 istehlakçılar üçün elektronika, məişət texnikası, kompüter və noutbuklar, telekommunikasiyalar, kompüter şəbəkələri, multimedia texnologiyaları, İnternet kimi istiqamətləri əhatə edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti