İnformasiya texnologiyaları və kompüter elmləri üzrə III Avropa konfransı keçiriləcək 17.08.2015    10:00

10 sentyabr 2015-ci il tarixdə Vyana şəhərində (Avstriya) İnformasiya texnologiyaları və kompüter elmləri üzrə III Avropa konfransı keçiriləcək. “Şərq-Qərb” perspektivli tədqiqatlar və ali təhsil assosiasiyası tərəfindən təşkil olunan konfransda yaşadığı ölkədən, təhsil aldığı sahədən asılı olmayaraq tələbə, doktorant və elmi müəssisələrdə fəaliyyət göstərən əməkdaşlar iştirak edəcək. Distant formatda keçiriləcək konfransa İnternet vasitəsilə qoşulmaq mümkündür.

Konfrans materialları toplusuna 2015-ci il sentyabr ayının 9-dək qəbul ediləcək məqalələrin ingilis, alman, rus, ukrayna, qazax və özbək dillərində təqdim olunması nəzərdə tutulur.

Konfransın əsas istiqamətlərini texnoloji proses və məhsulların avtomatlaşdırılması və idarə olunması, kompüter şəbəkələri, informasiya emalının kvant metodları, kompüter şəbəkələrinin riyazi və proqram təminatı, informasiya mühafizə sistemləri, informasiya təhlükəsizliyi, sistemli analiz, informasiya emalı və idarə olunması, informatikanın nəzəri əsasları, sosial və iqtisadi sistemlərdə idarəetmə və s. əhatə edir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti