Türkiyə Elmlər Akademiyası alimlər üçün “TÜBA Akademiya Mükafatı”nı elan edir 01.07.2015    10:00

Türkiyə Elmlər Akademiyası görkəmli alimlər üçün “TÜBA Akademiya Mükafatı”nı elan edir.

Hər il fundamental elmlər, mühəndislik, tibb, ictimai və humanitar elmlər olmaqla hər sahədən bir alim TÜBA Akademiya Mükafatı ilə təltif olunur.

Mükafata namizədlər TÜBA üzvləri, TÜBA-nın əməkdaşlıq etdiyi akademiyalararası təşkilatlar və digər elmi institutlar tərəfindən verilir. TÜBA üzvləri və mükafatın seçilməsi prosesində iştirak edən alimlərin namizədliyi irəli sürülə bilməz.

Hər kateqoriya üzrə namizədlər Mükafat Komitəsi tərəfindən qiymətləndirilir. Namizədlərin işləri TÜBA üzvləri və tanınmış alimlərdən ibarət komitələr tərəfindən ekspertlər cəlb edilərək ciddi təhlil olunur və mükafatın mümkün laureatı təyin edilir. Laureatlar TÜBA Akademiya Şurası tərəfindən elan edilir. Akademiya medalı və hər biri 30000 ABŞ dolları məbləğində pul mükafatından ibarət Akademiya Mükafatı xüsusi mərasimdə təqdim olunur.

Cari ilin Akademiya Mükafatı üçün namizədlər 16 avqust 2015-ci il tarixinədək verilə bilər. Laureatlar noyabrın sonunadək elan ediləcək. Mükafatlandırılma mərasimi 2015-ci il dekabr ayının 1-ci yarısında baş tutacaq.

Azərbaycan Milli Elmlər Akademiyası TÜBA Akademiya Mükafatının hər bir elmi istiqaməti üzrə orijinal və aparıcı işləri olan tanınmış alimin namizədliyini irəli sürməyə dəvət olunur. Bunun üçün namizədin tam CV forması və mükafata namizədliyini dəstəkləyən məktub tələb olunur.

Namizədlər sənədlərini elektron poçt vasitəsilə academy.prizes@tuba.gov.tr və ya poçt vasitəsilə Piyade Sokak No: 27 06690 Çankaya-Ankara Türkiyə ünvanına göndərə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti