“Geek Picnic 2015” – yüksək texnologiyalar və innovasiyalar sərgi-konfransı 10.06.2015    10:00

Bu il elm və texnologiya festivalı olan “Geek Picnic” Rusiyanın iki şəhərində – iyun ayının 13-14-də Moskvada, 20-21-də isə Sankt-Peterburqda keçiriləcək. Moskvada keçiriləcək tədbir “PayPal” qlobal ödəniş platformasının dəstəyi ilə baş tutacaq. Festival “İnsan-robot” mövzusuna həsr olunacaq.

Artıq 3-cü dəfədir keçiriləcək tədbirdə elm və texnikanın yaxın zamanadək elmi fantastikanın elementi hesab olunan ən son nailiyyətləri nümayiş olunacaq.

“Geek Picnic” festivalının rəsmi texniki tərəfdaşı “daşına bilən elektron qurğular” və “Əşyaların interneti” kateqoriyaları üzrə ən yaxşı tətbiqetmələri təqdim edən “MediaTek” şirkəti tərəfindən hazırlanmış mobil qadjetlərin müstəqil istehsalçıları cəmiyyəti olan “MediaTek Labs” layihəsidir.

Elmi müzakirələr “Texnologiyalar”, “Elm”, “İncəsənət”, “Piknik”, “Ekspo” və “Marketlər” zonaları üzrə aparılacaq.

“Geek Picnic” geeksputnik.tv rəsmi portalı ilə birgə ilk dəfə olaraq bionik protezli insanlar və ya texnologiyaların köməyi ilə öz bədənini dəyişmiş şəxslər – kiborqların beynəlxalq konfransını keçirəcək. Konfransda kiborqlaşmanın praktiki, etik və fəlsəfi aspektləri müzakirə olunacaq.

Qeyd edək ki, festivalın birbaşa yayımını geeksputnik.tv portalında izləmək mümkün olacaq.

expoclub.ru

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti