4-7 avqust 2015-ci il tarixlərdə Türkiyənin Antalya şəhərində Qabaqcıl texnologiyalar və elmlər üzrə Beynəlxalq konfrans (International Conference on Advanced Technology and Sciences – ICAT’15) keçiriləcək.
“ATScience” akademik nəşriyyat qrupu, Selcuk və Qazi universitetləri tərəfindən təşkil olunan konfransda kompüter, elektronika və energetika sahələri üzrə aparılan elmi-tədqiqatların son nəticələri təqdim olunacaq.
ICAT’15 müxtəlif sahələrdə fəaliyyət göstərən mütəxəssislərə işgüzar əlaqələrin yaradılması və qlobal tərəfdaşların tapılması, həmçinin təcrübə və yeni ideyaların mübadiləsi üçün geniş imkanlar verir.