İnkişaf etməkdə olan ölkələrin alimlərinin Elmi Tədqiqatlarda İştirakı Proqramı üzrə 2015-2016-cı illər üçün müsabiqə elan edilir 17.04.2015    11:14

AMEA-nın Elmi İnnovasiyalar Mərkəzinin ünvanına Hindistanın Elm və Texnologiya Mərkəzinin məktubu daxil olub.

İnkişaf etməkdə olan ölkələrin alimlərinin Elmi Tədqiqatlarda İştirakı Proqramı (RTF-DCS) üzrə 2015-2016-cı illər üçün elan olunan müsabiqədə Azərbaycan alimlərinin iştirakı təklif olunur.

Hindistanın Elm və Texnologiya Mərkəzinin təşəbbüsü ilə keçirilən RTF-DCS Proqramı bu ölkə hökumətinin Elm və Texnologiya Nazirliyinin elm və texnologiya departamenti tərəfindən maliyələşdirilir.

50 nəfərin iştirakı ilə 6 ay müddətinə nəzərdə tutulan bu proqram kənd təsərrüfatı, biologiya və tibb elmləri, kimya elmləri, fizika-riyaziyyat elmləri, yer elmləri, texnika elmləri, materiallar, minerallar və metallurgiya, multidisplinar və digər sahələr üzrə həyata keçiriləcək.

Müsabiqədə yaşı 40-dək olan aspirantlar, elmi işçilər, mühəndislər, texnoloqlar iştirak edə bilərlər.

İştirakçının ərizəsi iyunun 15-dək online təqdim olunmalıdır.

Tam məlumatı www.innovasiya.az saytının Azərbaycan və ingilis versiyasından əldə edə etmək olar.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti