8-10 oktyabr 2015-ci il tarixlərdə Moskvada (Rusiya) qabaqcıl 3D-çap və skan texnologiyalarına həsr olunmuş “3D Print Expo” sərgisi keçiriləcək.
3D-çap və skan texnologiyaları üzrə mütəxəssislərin iştirak edəcəyi sərgi son tendensiyaları araşdırmağa və nailiyyətlər haqqında məlumat əldə etməyə imkan verir.
“3D Print Expo”da üçölçülü texnologiyaların tikinti, memarlıq və dizayn, tibb, təhsil, geyim və ayaqqabı istehsalı, zərgərlik və digər sahələrdə tətbiqi imkanları nümayiş olunacaq.