“Kreativ sənaye texnologiyalarının tədrisi və tətbiqi” mövzusunda müəllim və tələbələrin beynəlxalq elmi-praktiki konfransı keçiriləcək 01.04.2015    15:00

1-2 may 2015-ci il tarixlərdə Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində (ATU) AR Təhsil Nazirliyi və ATU-nun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Kreativ sənaye texnologiyalarının tədrisi və tətbiqi” mövzusunda müəllim və tələbələrin beynəlxalq elmi-praktiki konfransı keçiriləcək. Konfransda İnformasiya Kommunikasiya Texnologiyalarının elm, təhsil və sənayedə tətbiqi, qida sənayesinin müasir texnologiyaları və ekspertiza, tekstil və yüngül sənayedə yeni materiallar və texnologiyalar, metallurgiya sənayesində texnologiyaların təkmilləşdirilməsi və tullantıların emalı, maşınqayırmada texnika və texnologiyaların inkişafı, Azərbaycanda kreativ iqtisadiyyatın inkişafı və s. istiqamətlərdə müzakirələrin aparılması nəzərdə tutulur.

Konfrans və tezislərin qəbulu haqqında ətraflı məlumatı buradan əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti