“Elektron və İnformasiya Texnologiyaları 2015 IEEE” Beynəlxalq konfransı keçiriləcək 13.02.2015    15:00

21-23 may 2015-ci il tarixlərdə İllionis ştatının DeKalb şəhərində (ABŞ) “Elektron və İnformasiya Texnologiyaları 2015 IEEE” Beynəlxalq konfransı keçiriləcək.

“IEEE” təşkilatının (The Institute of Electrical and Electronics Engineers - Elektrik və Elektronika üzrə Mühəndislik İnstitutu) keçirdiyi konfrans əsasən elektrotexnika və hesablama texnikası sahəsində elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsinə yönəldilib. Tədbirdə, həmçinin workshop və dərslərin təşkili nəzərdə tutulur.

Konfransda robot texnikası, intellektual sistemlər, nanotexnologiyalar, multi-agent sistemləri, biometriya və bioinformatika, idarəetmə və identifikasiya sistemləri, teletibb, simsiz rabitə və şəbəkələr, kibertəhlükəsizlik, Data Mining, bulud texnologiyaları, hesablama texnikası, proqram mühəndisliyi və digər mövzular üzrə müzakirələr aparılacaq.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti