Mobil “bulud” hesablama sistemləri, idarəetmə və təhlükəsizlik üzrə beynəlxalq seminar keçiriləcək 27.01.2015    16:01

2-5 iyun 2015-ci il tarixlərdə Londonda (Böyük Britaniya) “Mobil “bulud” hesablama sistemləri, idarəetmə və təhlükəsizlik” mövzusunda beynəlxalq seminar (workshop) keçiriləcək.

İBM Tədqiqat Mərkəzi və Səudiyyə Ərəbistanının Umm əl-Qura Universitetinin təşkil etdiyi seminar mobil “bulud” hesablama (MCC) texnologiyaları sahəsində alim, tədqiqatçı və tələbələrin elmi-tədqiqat işlərinin son nəticələrini təqdim etmələri üçün keçirilir.

MCC nəzəriyyəsi, modellər, platforma və konstruksiyalar, mobil “bulud” hesablama texnologiyalarının problem və imkanları, xidmət və proqramlar, şəbəkə və kommunikasiya haqqında mülahizələr, xidmətlərin əlçatanlığı və keyfiyyəti, mobil səhiyyə üçün MCC, effektivliyin qiymətləndirilməsi, təhlükəsizliyin və məxfiliyin idarə olunması, məlumatların saxlanılması və proqram təminatının hazırlanması üçün MCC platforması, Big Data-nın idarə olunması üçün MCC dəstəkləməsi və s. seminarın əsas müzakirə mövzularındandır.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti