“Müasir təhsil texnologiyalarının mənimsənilməsi və tədris prosesində tətbiqi” X Beynəlxalq elmi-praktiki konfransı keçiriləcək 21.01.2015    14:00

27 Fevral 2015-ci il tarixdə Taqanroq (Rusiya) şəhərində “Müasir təhsil texnologiyalarının mənimsənilməsi və tədris prosesində tətbiqi” mövzusunda X Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Elmi Fikir Mərkəzi tərəfindən təşkil olunan konfransda “Müasir maarifləndirici texnologiyalar”, “Pedaqoji təhsildə innovasiyalar”, “Təlim və təhsildə müasir İKT-dən istifadə metodları”, “Təbii və humanitar intizamın təlim nəzəriyyəsi və metodikası”, “Təhsildə lokal və qlobal kompüter şəbəkələrindən istifadə”, “Distant təhsil”, “Multimedia, qrafika və veb-dizayn”, “Tədris prosesinin kompüterləşdirilməsini nəzərə alaraq ali məktəblərdə mütəxəssislərin hazırlıq keyfiyyətinin artırılması”, “Məktəblərdə İKT-nin tətbiqi”, “Orta məktəblərdə elektron gündəliklərdən istifadə”, “İki pilləli professional təhsilin müasirləşdirilməsi problemləri” və digər mövzular üzrə məruzələr dinləniləcək.

Qeyd edək ki, rus dilində keçiriləcək konfransda qiyabi iştirak etmək mümkün olacaq.

Tədbirlə bağlı ətraflı məlumatı www.konferencii.ru saytından əldə etmək olar.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti