27-29 may 2015-ci il tarixlərdə Buxarestdə (Rumıniya) İdarəetmə sistemləri və informatika üzrə XX Beynəlxalq konfrans (CSCS20) keçiriləcək.
IEEE (The Institute of Electrical and Electronics Engineers) kompüter cəmiyyəti ilə Rumıniya İdarəetmə mühəndisliyi və texniki informatika cəmiyyəti tərəfindən təşkil olunan konfransın əsas məqsədi idarəetmə sistemləri və kompüter elmləri üzrə yeni yanaşma və istiqamətlərin tədqiq olunmasıdır.
Sistemlər və siqnallar; qabaqcıl idarəetmə strategiyaları; intellektual istehsalat; robot texnikası; idarəetmənin tanınması; bio-mühəndislik və idarəetmə; Big data və analitika; semantik veb və s. konfransın əsas müzakirə mövzularıdır.