1983-cü ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Tətbiqi riyaziyyat” fakültəsini bitirmişdir.

1983-1988-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutunda, 1988-2002-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda işləmişdir.

2003-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri vəzifəsində işləyir. 

2002-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda “01.01.02 (1211.01) – Diferensial tənliklər” ixtisası üzrə “Cırlaşan ikinci tərtib elliptik tənliklərin həllərinin keyfiyyət xassələrinin tədqiqi” mövzusunda fizika-riyaziyyat elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 

2010-cu ildə AMEA Kibernetika İnstitutunda “05.13.01 (3338.01) – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Mətn tipli informasiyanın intellektual analizi üçün metodlar və alqoritmlər” mövzusunda texnika elmləri üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.

2017-ci ildə İnformatika ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.

Tədqiqat sahələri: data mining; big data analitika; text mining; süni intellekt, onlayn sosial şəbəkələrin analizi; elektron dövlətin analizi; elmmetriya; təkamül və sürü intellektinə əsaslanan alqoritmlər (evolutionary and particle swarm algorithms).

Əsas elmi nəticələri:

  • Mətnlərin avtomatik klasterləşdirilməsi və referatlaşdırılması üçün bir sıra optimallaşma modelləri təklif etmiş, optimallaşma məsələlərinin həlli üçün diferensial təkamül, qarışqa və sürü intellektinə əsaslanan alqoritmlərin müxtəlif modifikasiyalarını işləmişdir.
  • Mətnlərin avtomatik referatlaşdırılması üçün mətndən semantik yükə malik cümlələrin seçilməsinə imkan verən çoxkriteriyalı optimallaşma modelləri təklif etmiş və optimallaşma məsələlərinin həlli üçün alqoritmlər işləmişdir.
  • Mətnlərin sorğu əsasında (istifadəçiyönümlü) referatlarının avtomatik yaradılması üçün cümlələrin sentiment, semantik və sintaktik analizinə əsaslanan metodlar təklif etmişdir.
  • Mətnlərin semantik yaxınlığını hesablamaq üçün yeni ölçülər daxil etmişdir.
  • Linqvistik biliklərdən və sözlərin semantik şəbəkəsindən istifadə etməklə mətnlərin sorğu əsasında referatlarının avtomatik yaradılması, həmçinin intellektual təhsil sistemlərində tələbələrin referat yazma strategiyalarının sintaktik və semantik səviyyələrdə qiymətləndirilməsi üçün metodlar təklif etmişdir.
  • Müxtəlif növ mətn plagiatlığını (sözbəsöz köçürmə, cümlələrin parafraz edilməsi, sözlərin işlənmə ardıcıllığının dəyişdirilməsi və cümlələrin transformasiyası ilə köçürulməsi) aşkarlamaq üçün cümlələrin sintaktik və semantik analizinə əsaslanan metodlar təklif etmişdir.
  • Kompüterin hesablama və yaddaş resursları çərçivəsində böyük həcmli məlumatların (Big Data) klasterləşdirilməsi üçün k-means alqoritminin müxtəlif variantlarını işləmişdir.
  • Böyük həcmli məlumatlarda anomaliyaların aşkarlanmsı üçün metodlar işləmişdir.
  • Klasterlərin kompaktlığını, sepabelliyini (ayrılabilənliyini) və optimal sayını təyin etmək üçün yeni indekslər daxil etmişdir.
  • Kompakt və yaxşı ayrılmış klasterlərin tapılması üçün məhdudiyyətli qeyri-hamar optimallaşma modeli təklif etmiş və onun həlli üçün alqoritm işləmişdir.
  • Veb-səhifələrin ranqlaşdırılması üçün PageRank və HITS alqoritmlərinin ümumiləşmiş variantlarını təklif etmişdir.
  • Veb-səhifələrin ranqının hesablanması üçün qarışqa alqoritmi və xətti proqramlaşma modeli təklif etmişdir.
  • Loq faylların analizi əsasında veb-istifadəçilərin maraq dairəsinin avtomatik identifikasiyası üçün modellər və alqoritmlər təklif etmişdir.
  • Qlobal şəbəkə qovşaqlarında CDN (Content Delivery Network – kontenti çatdırma şəbəkəsi) serverlərin və veb-kontentlərin optimal yerləşdirilməsi üçün modellər təklif etmişdir.
  • Qeyri-bircins kompüter şəbəkəsi mühitində qeyri-bircins məsələlərin optimal paylanması üçün model və genetik alqoritm təklif etmişdir.
  • Tam ədədli xətti və kvadratik proqramlaşma məsələlərinin neyron şəbəkədə həll alqoritmlərini təklif etmişdir.
  • Elmi əsərlərin, jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün yeni indekslər və metodlar təklif etmişdir.
  • Veb-də tədqiqatçıların və elmi təşkilatların sosial şəbəkəsinin sintezi üçün metodlar təklif etmiş, sosial şəbəkələrdə aktorların ranqlaşdırılması üçün alqoritmlər işləmişdir.
  • Personalın çoxmeyarlı qiymətləndirilməsi üçün qeyri-səlis VIKOR və TOPSIS metodlarının yeni modifikasiyalarını təklif etmiş və onların effektivliyini göstərmişdir.
  • E-dövlət mühitində terrorizmi təbliğ edən mətnlərin müəyyən edilməsi, həmçinin bu mühitdə gizli fəaliyyət göstərən sosial şəbəkələrin aşkarlanması üçün istifadəçi şərhlərinin sentiment analizinə əsaslanan metodlar təklif etmişdir.
  • Vətəndaşların e-dövlət xidmətlərindən məmnunluq səviyyəsinin qiymətləndirilməsi və onların maraq dairəsinin müəyyən edilməsi üçün vətəndaş rəylərinin sentiment və semantik analizinə əsaslanan metodlar təklif etmişdir.

215 elmi əsərin müəllifidir. 156 əsəri xaricdə (ABŞ, Almaniya, Böyük Britaniya, Cənubi Koreya, Çin, Fransa, İsveçrə, Latviya, Niderland, Rusiya, Sinqapur, Ukrayna və s. ölkələrdə) çap edilmişdir. 

99 əsəri Web of Science (Clarivate Analytics) və 78 əsəri isə Scopus (Elsevier) bazasında indeksləşən jurnallarda və konfrans materiallarında çap edilmişdir.

Aşağıdakı jurnalların redaksiya heyətinin üzvüdür:

  • Problems of Information Technology

                        https://jpit.az

  • Problems of Information Society

                        https://jpis.az

  • TWMS Journal of Pure and Applied Mathematics

                        http://iam.bsu.edu.az

  • CAAI Transactions on Intelligence Technology

                        https://digital-library.theiet.org/journals/trit/editors  

  • International Journal of Sensors, Wireless Communications and Control

          https://benthamscience.com/journals/international-journal-of-sensors-wireless-communications-and-control/editorial-board/

  • Informatics and Control Problems:  Transactions of Azerbaijan National Academy of Sciences

                        https://icp.az/editorial-board

  • Turkish Journal of Mathematics & Computer Science

                        https://dergipark.org.tr/en/pub/tjmcs/board

  • Communications

                        https://dergipark.org.tr/en/pub/aupse/board

Web of Science və Scopus bazalarında indeksləşən 30-dan çox jurnalın rəyçisidir.

Beynəlxalq və respublika səviyyəli konfransların proqram və təşkilat komitəsinin üzvü olmuşdur.

Rəhbərliyi altında 3 fəlsəfə doktoru hazırlanmışdır. Hazırda 5 doktorant və dissertantın elmi rəhbəridir.

2005 və 2021-ci illərdə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilmişdir.

2013-cü ildə “İKT ili” çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə keçirdiyi “3-cü birgə İKT üzrə mükafat müsabiqəsi”ndə məqaləsi İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə 1-ci yerə layiq görülüb.

2014-cü ildə “Tərəqqi” medalı ilə təltif edilib. 

2019-cu ildə birgə tədqiqatlar aparmaq üçün Avstraliya Federasiya Universitetinə dəvət olunmuşdur.

2020 və 2021-ci illərdə ABŞ-ın Stanford Universiteti tərəfindən hazırlanmış dünyanın ən nüfuzlu (ilk 2%-ə daxil) alimlərinin reytinq qiymətləndirmə siyahısına daxil edilib.

  

Elmi əsərləri haqqında məlumat.

    

Xidməti tel.:

(+994 12) 510 43 99

Faks:

(+994 12) 539 61 21

Mobil tel.:

(+994 70) 361 95 97

Elektron poçtu: 

r.aliguliyev@gmail.coma.ramiz@science.az 

 

 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı